Azedu.az

Məktəblərdə psixoloqlar üçün ştatlar artırılmalıdır

24 Oktyabr 2024, 14:59
Məktəblərdə psixoloqlar üçün ştatlar artırılmalıdır

Müşahidələr göstərir ki, bu gün təhsildə sosial-psixoloji xidmətlər hələ də tam inkişaf etməyib. Azərbaycanda bəzi məktəblərdə şagird sayı 4-5 mini ötür, belə məktəblərdə yalnız bir psixoloqun olması kifayət etmir.

 

Maraqlısı budur ki, hər il universitetlərdən təhsildə sosial-psixoloji xidmət ixtisasından yüzlərlə tələbə məzun olur.

 

Bəs, nəyə görə məktəblərdə psixoloq sayı azdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov vurğulayıb ki, bu məsələ ilə bağlı uzun müddətdir müzakirələr gedir, amma atılan addımların hələ də konkret nəticələri görünmür.

 

“Məktəblərdə psixoloq vəzifəsi hələ də tam formalaşmayıb. Bu problem kimi davam etməkdədir. Bəzən onlhəmin psixoloqların bilik və bacarıqları yetərli olmur. Çox şagirdli məktəblərdə ən azı 4-5 psixoloq olmalıdır. Hər il universitetlərdən minlərlə psixoloq məzun olur.

 

Hesab edirəm ki, əlavə ştatların yaradılması bu psixoloqların işlə təmin olunmasına müsbət təsir göstərəcək. Onların məktəblərdə işlə təmin edilməməsi psixoloji mərkəzlərin sayının artmasına səbəb olur”.

 

C.Məmmədov qeyd edib ki, bu gün məktəblərdə psixoloq vəzifəsi formal xarakter daşıyır:

 

“Bu problemin həlli üçün ciddi qərarlar verilməlidir. Məktəblərdəki vəziyyət göstərir ki, şagirdlərin psixoloji durumu yaxşı deyil. Əgər əksinə olsaydı, bu qədər qarşıdurmaların şahidi olmazdıq. Biz çalışmalıyıq ki, psixologiya institut kimi formalaşsın və güclənməsinə öz töhfəmizi verək”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox