Azedu.az

Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı avtqəzada yaralanıb

Məktəblər

16 Oktyabr 2024, 11:21
Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı avtqəzada yaralanıb

Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki,  yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox