Azedu.az

Daha bir məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün siniflər açılıb

Məktəblər

15 Oktyabr 2024, 10:46
Daha bir məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün siniflər açılıb

Abşeron rayon Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə xüsusi siniflər açılıb.

AzEdu.az xəbər verir ki, ilkin olaraq hər sinif üzrə 5 şagirdin yerləşdirilməsi nəzərdə tutulmuşdur. 

Xüsusi siniflərdə təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir. 

Təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Sağlamlıq imkanları məhdud şagirdlər Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında xüsusi siniflərə cəlb edilirlər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox