Azedu.az

Maarif Vəqfindən təsdiq: Türkiyə Qarabağda məktəb tikəcək 

Məktəblər

11 Oktyabr 2024, 11:52
Maarif Vəqfindən təsdiq: Türkiyə Qarabağda məktəb tikəcək 

Xəbər verdiyimiz kimi, Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib.

 

Belə ki, bu günə qədər Qarabağda məktəb tikintisi istiqamətində bir sıra dövlətlər iştirak edəcək. Onlar içərsində Özbəkistan, Qırğızıstan, Macarıstan, həmçinin Türkiyə də yer alacaq.  

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar Türkiyə Maarif Vəqfi ilə əlaqə saxladıq.

146826

Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Dr.Sərdar Gündoğan bildirilib ki, Qarabağda, o cümlədən Gəncədə məktəblərin açılması üçün Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək istəyirik:

 

“Bəli, Qarabağda məktəb açmağı planlayırıq, amma bunun nə zaman və harada olacağı dəqiq deyil. Təhsilin bütün sahələrində əməkdaşlığı inkişaf etdirmək qardaşlıq münasibətlərinin bir parçasıdır. Türkiyə Maarif Vəqfi dövlət tərəfindən qurulan bir qurum olduğu üçün qanunun verdiyi səlahiyyətlər çərçivəsində təhsil ilə bağlı hər cür əməkdaşlığa açıqdır və bunu bütün tədbirlərdə bildirir”.

 

S.Gündoğan vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığı bir çox sahədə olduğu kimi təhsildə də getdikcə artan bir tempdə özünü göstərməktədir:

 

“Türkiyə Maarif Vəqfi, Qanunla yaradılmış bir Vəqf olaraq, Qanunun verdiyi səlahiyyətlər çərçivəsində vəzifə sahəsi ilə bağlı təhsilin bütün sahələrində əməkdaşlığa açıqdır və qarşılıqlı görüşlərdə ifadə edilir. Türkiyədə və Azərbaycanda qarşılıqlı təhsil alan gənclərimiz Azərbaycan – Türkiyə qardaşlığının və qardaşlığın möhkəmləndirilməsi üçün lazım olan əməkdaşlığın təminatıdır

 

Bu əməkdaşlığın Türk Dövlətləri Təşkilatına daxil olan digər ölkələrə də sirayət etməsi ən böyük arzumuzdur”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox