Azedu.az

Bu məktəbə direktor təyin olundu 

Məktəblər

10 Oktyabr 2024, 15:24
Bu məktəbə direktor təyin olundu 

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib. 

Bu barədə AzEdu.az-a MÜTDA-dan bildirilib.

Qeyd olunub ki, oktyabrın 9-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib. 

Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb. 

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb. Həmçinin, o, 132-134 nömrəli Təhsil Kompleksinin məzunudur.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox