Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabrın 15-16-da Naxçıvanda ilk dəfə şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsi keçiriləcək.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki,Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində keçiriləcək müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək.
Qeyd edək ki, vakant vəzifələr üzrə avqustun 21-28-də aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 50-yə yaxın namizəd sənəd verib.