Azedu.az

İntizam qaydalarına riayət etməyən şagirdlər sinifdən-sinfə keçirilməyəcək

Məktəblər

28 Sentyabr 2024, 08:39
İntizam qaydalarına riayət etməyən şagirdlər sinifdən-sinfə keçirilməyəcək

İtaliyada ümumtəhsil müəssisələrində şagirdlərə davranış balı sistemi tətbiq ediləcək.

AzEdu.az AZƏRTAC- istinadən xəbər verir ki, parlamentin təsdiq etdiyi təhsil qanununun tərkib hissəsi olaraq məktəb və liseylərdə şagirdlərin davranışı 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Beş və daha az bal toplayan şagirdlər akademik göstəriciləri qənaətbəxş olsa belə, nizam-intizam qaydalarına riayət etmədikləri üçün sinifdən-sinfə keçirilməyəcəklər. Yeni qaydalar məktəblərə şagirdləri yalnız davranışlarına görə qiymətləndirmək səlahiyyəti verir, həmçinin müəllimlərə qarşı artan aqressiya ilə mübarizə aparmaq məqsədi daşıyır.

İtaliyanın Baş naziri Ciorcia Meloni yeni qanunun məktəblərə hörməti geri qaytaracağını qeyd edib.

Təhsil naziri Cüzeppe Valditara isə davranış balı sisteminin tətbiqinin fərdi məsuliyyətin əhəmiyyətini bərpa etdiyini, müəllimlərə, digər insanlara və dövlət əmlakına hörməti artıracağını bildirib. 

İtaliyada son dövrlərdə orta məktəblərdə müəllimlərə qarşı aqressiya artmaqdadır. 

Qeyd edək ki, oxşar qaydaları ilk dəfə Benito Mussolininin faşist hökuməti 1924-cü ildə tətbiq edib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox