“Yaşıl STEAM Azərbaycan” festivalı bu il bir neçə məsələ ilə yadda qalacaq.
AzEdu.az xəbər verir ki, bunu "Beynəlxalq Yaşıl STEAM Azərbaycan" festivalının keçirilməsi ilə əlaqədar baş tutan brifinqdə STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
O, bildirib ki,bu il xüsusi olaraq SAF24-ün loqosu yenilənib:
"Artıq 4-cü ildir ki, tədbir Azərbaycanda keçirilir. I SAF pandemiya dövrünə təsadüf etdiyi üçün beynəlxalq səviyyədə keçirilə bilməmişdi. Lakin növbəti tədbirlərin hər biri beynəlxalq status alıb.
Layihənin tətbiqi dördüncü sinifdən doqquzuncu sinfə qədərki müddəti əhatə edir. Hazırda layihə 398 orta məktəb və peşə məktəblərində tətbiq edilir. Bu da 220 mindən çox şagird deməkdir.
Builki SAF-da şagirdlərlə yanaşı, tələbələr də iştirak edə bilərlər. Onlar yaşıl iqlimlə bağlı məsələlərin həllərini göstərməlidirlər.
Bu il “Bizim peykimiz” adlı kateqoriya olacaq ki, burada şagirdlər peyk texnologiyalarını öyrənəcəklər”.