“İbtidai təhsil səviyyəsi ən çox inkişafa ehtiyacı olan pillədir”.
AzEdu.az xəbər verir ki, bu sözləri “QəbuldASAN” verlişinə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.
“Müşahidələr onu göstərir ki, ümumi təhsil sistemində inkişafa ən çox ehtiyac olan hissə məhz ibtidai sinif səviyyəsidir. Hesab edirik ki, bu istiqamətə daha çox fokuslanmalıyıq. Artıq 4 ildir ki, Elm və Təhsil Nazirliyi 4-cü siniflərdə monitorinqlər həyata keçirir.
Bu il ilk dəfə 6-cı siniflərdə bizim tərəfimizdən monitorinqlər oldu. Bu monitorinqlərin nəticəsində əlavə təhlillər aparıb uşaqların keyfiyyət göstəricilərinin dəyişdirilməsi istiqamətində mühüm addımlar atırıq.
Keyfiyyət göstəriciləri ilə yanaşı təbii ki, nəzarət tədbirləri və monitorinqlər çərçivəsində xeyli çatışmazlıqlar və nöqsanlar aşkar edirik”.