Azedu.az

Şagirdlər VII Robot Olimpiadasında qalib olublar

Məktəblər

22 Sentyabr 2024, 17:28
Şagirdlər VII Robot Olimpiadasında qalib olublar

Bakı şəhərində yeniyetmə və gənclər arasında keçirilən VII Robot Olimpiadasına yekun vurulub.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AzEdu.az -a bildirilib ki, Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada muxtar respublika Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin 6 şagird və 3 mentordan ibarət komandaları da iştirak edib. ️Yarışın yekun nəticəsinə əsasən mərkəzin ROGER adlı komandası RoboSports kateqoriyası üzrə 3-cü yerə layiq görülüb.

 

Qeyd edək ki, komandanın üzvləri - Tayfun İmanlı, Məhəmmədəli Məmmədov və Ələkbər Əliyevdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox