Azedu.az

32 il sonra Şuşada ilk zəng - FOTO

Məktəblər

Tələbə və şagird

Qarabağ Regional Təhsil İdarəsi

Maraqlı

16 Sentyabr 2024, 09:10
32 il sonra Şuşada ilk zəng - FOTO

Şuşa şəhərində 32 ildən sonra ilk zəng çalınıb.

AzEdu.az xəbər verir ki, 32 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üç mərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir.

Bu gün start verilən yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox