Azedu.az

Şuşada 100-dən çox şagird təhsilə başlayır...

Məktəblər

Tələbələr

Qarabağ Regional Təhsil İdarəsi

Maraqlı

Müəllimlər və elm adamları

16 Sentyabr 2024, 08:23
Şuşada 100-dən çox şagird təhsilə başlayır...

Yeni tədris ilində işğaldan azad edilmiş ərazilərdə - Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlovanın AzEdu.az-a verdiyi məlumata əsasən, adıçəkilən məktəb 960 şagird yerlik, üç mərtəbə, beş blokdan ibarətdir. 

Bildirilib ki, məktəbin binasında hər biri 24 nəfərlik olan sinif otaqları yerləşir.

"Burada iki informatika kabineti, akt zalı da var. Məktəbin həyətində idman meydançası var. Yeni tədris ilində müvafiq tədris planına uyğun olaraq dərs cədvəlləri hazırlanıb. Valideyn iclası keçirilərək onlara təqdim olunub". 

Məlumatda qeyd olunub ki, yeni tədris ilində 100-dən çox şagirdin təhsilə başlayacaq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox