Azedu.az

Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb

Məktəblər

16 Sentyabr 2024, 09:01
Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb

Uşaq evinin birinci sinfə gedən uşaqlarını məktəbə Ahıllar evinin sakinləri aparıb

AzEdu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 nəfər uşaq bu gün birinci sinfə gedib.

Birinci sinfə gedən uşaq evinin azyaşlı sakinlərini agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar.

Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox