Azedu.az

Son illərdə müəllim olmaq istəyənlərin peşəyə yararlılıq səviyyəsi ARTIB

Məktəblər

Tələbə və şagird

Universitetlər

Müəllimlər və elm adamları

13 Sentyabr 2024, 11:09
Son illərdə müəllim olmaq istəyənlərin peşəyə yararlılıq səviyyəsi ARTIB

Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli  dərəcədə yüksəlib”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti, ADPU-nun Təhsildə Təhlil və Komunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

Kamran Əsədov namizədliyini pul qarşılığında geri götürüb? - Zənglərə cavab vermir

Ekspert bildirib ki, təhsilverənlərin işə qəbulunun şəffaf təşkili onların bir növ güc mənbəyidir:

 

“Bəs görəsən, bu gücü yaradan müəllim özü haradan güc alır? Gəlin, bu güc nöqtələrinə baxaq. İlk növbədə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi əsas amillərdən biridir. Daha sonra müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əmək haqqı artımı mühüm faktordur. Təhsilverənlərin işə qəbulunun şəffaf təşkili onların bir növ güc mənbəyidir. Ən əsası isə yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən abituriyentlərə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi cavib məqamlar sırasına daxildir.

 

İndi azərbaycanlı gənci xanım olaraq müəllim diplomuna təkcə cehiz əşyası, gənc oğlan isə çarəsizlikdən seçdiyi ixtisas kimi baxmır. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli  dərəcədə yüksəlib. Bu, həm də müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticəsidir. Müəllim olan insan təkcə test imtahanından keçmir, onun nitqi, psixoloji durumu və dünyagörüşü də sərf-nəzər olunur”,- deyə ekspert fikrini tamamlayıb”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox