Azedu.az

“Adlar da dəbə uyğun dəyişir” : Hansı adlar köhnəlib? - SİYAHI

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

11 Sentyabr 2024, 11:48
“Adlar da dəbə uyğun dəyişir” : Hansı adlar köhnəlib? - SİYAHI

Cəmiyyətdə tez-tez gündəmə gətirilən mövzulardan biri də uşaqlara qoyulan adlarla bağlı olur. Belə ki, əksər valideynlər ata və ana adlarını övladlarına qoymaqla bir növ adı yaşatmaq istəyirlər. Lakin uşaqlar böyüdükcə onlara verilən həmin adlardan gileylənməyə başlayırlar.

 

Bəs, görəsən, günümüzdə hansı adlar "yaşlaşmış adlar" sırasına daxildir? Hansı adlara üstünlük verilmir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən klinik psixoloq, spiritual “coach” Zeynəb İsmayılovanın sözlərinə görə, valideynlərin ata-ana, nənə-baba adlarını uşaqlarına verməklə onları yaşatmaq istəməsi çox yayılmış bir ənənədir:

 Açıklama yok.

“Uşaqlara ad qoymaq məsələsi cəmiyyətdə həmişə xüsusi diqqətə layiq olmuş mövzulardandır. Bununla bərabər, ad məsələsində nəsil fərqləri də önəmli rol oynayır. Bəzi adlar müəyyən dövrlərdə çox dəbdə olsa da, zaman keçdikcə cəmiyyətdə yaşlaşmış və ya "köhnəlmiş" adlar kimi qəbul edilir.

 

Belə adlara misal olaraq, Qızxanım, Məşədi, Qurban, Sürəyya, Veysəl kimi adları göstərmək olar. Bu adlar bir zamanlar geniş yayılmış olsa da, müasir dövrdə yeni nəslin nümayəndələri arasında o qədər də məşhur deyil. Hətta bu adlar bəzən gənclər arasında lağ obyektinə çevrilə bilər, bu da həmin adı daşıyan şəxsin özünü narahat hiss etməsinə səbəb olur”.

 

Z.İsmayılova qeyd edib ki, adların köhnəlməsi ilə yanaşı, uşaqların valideynlərinin verdiyi ada qarşı giley etməsinin başqa səbəbləri də ola bilər:

 

“Bəzi adlar müəyyən tarixi və mədəni dönəmlərdə geniş istifadə olunsa da, yeni dövrdə fərqli dəyərlər ön plana çıxır. Bu dəyişikliklər adlara olan münasibətə də təsir edir. Beynəlxalq əlaqələrin genişlənməsi, mədəniyyətlərarası təmasların artması ilə daha "universal" adlar populyarlaşır. Bu da bir sıra yerli adların istifadəsinin azalmasına səbəb olur. Adlar da modaya uyğun olaraq dəyişir. Bir dönəmin dəbdə olan adı başqa bir dönəmdə köhnəlmiş sayılır.

 

Məsələn, müasir dövrdə Nihad, Ləman, Selin, Emil kimi adlar daha çox qoyulursa, köhnə adlar daha az seçilir. Ad seçərkən valideynlərin təkcə ənənələri deyil, həm də uşağın gələcəkdə bu adı necə qəbul edəcəyini düşünmələri vacibdir. Uşağın adı onun şəxsiyyətinin bir hissəsi olaraq, həyatına təsir edə bilər. Valideynlər daha diqqətli olub həm mədəni irsi qorumaq, həm də uşağın rahatlığı arasında tarazlıq yaratmağa çalışmalıdırlar”.

 

Həmsöhbətimiz vurğulayıb ki, uşaqların utanmaması üçün ad seçərkən bir neçə əsas meyara diqqət yetirmək faydalıdır:

 

“Bu meyarlara uyğun adlar, uşaqların həm cəmiyyətdə qəbul olunmasına, həm də öz şəxsiyyətlərini rahat şəkildə ifadə etməsinə kömək edə bilər. Ad seçərkən nəzərə alınmalı meyarlar bunlardır.

 

Belə adlar müxtəlif dillərdə və mədəniyyətlərdə asan tələffüz olunur, həm də qloballaşan dünyada daha geniş qəbul edilir. Həmin adlar uşağın gələcəkdə xarici ölkələrdə və ya beynəlxalq mühitdə rahat inteqrasiya olunmasına da şərait yaradır. Məsələn, Oğlan adları- Emil, Nihad, David, Aydin, Adrian, qız adları- Selin, Ləman, Aylin, Eliza, Yasemin və s.

 

Bu adlar cəmiyyətin hazırkı dövründə dəbdədir və daha çox istifadə olunur. Müasir dövrün trendlərinə uyğun adlar uşaqlar arasında utanc hissini azaltmaqla yanaşı, onların daha rahat sosiallaşmasına şərait yarada bilər. Oğlan adları:-Orxan, Murad, Elnur, Elvin, Kənan, qız adları- Aylin, Nuray, Zəhra, Dilan, Melis və s.

 

Uşaqların asanlıqla öyrənib tələffüz edə biləcəyi adlar daha çox qəbul olunur. Sadə və qısa adlar həm məktəbdə, həm də gündəlik həyatda uşaqlara rahatlıq yaradır. Oğlan adları- Samir, Arif, Tamer, Elmir, Murad, qız adları- Nura, Ləman, İnci, Maya, Zümrüd və s.

 

Uşaqlara həm milli dəyərləri yaşadan, həm də müasir cəmiyyətdə qəbul olunan adlar da qoyula bilər. Bu adlar ənənəni qorumaqla yanaşı, uşaqlara utanc hissi yaşatmaz. Oğlan adları- Əli, Rüstəm, İlkin, Rəhman, qız adları- Aytac, Şəms, Gülşən, Aysel və s.

 

Valideynlər uşağın gələcəkdə böyüyərək iş həyatında, sosial mühitdə hansı adla rahat olacağını düşünərək seçim etməlidirlər. Məsələn, bəzi adlar uşaqlıqda şirin görünsə də, yetkin yaşda problem yarada bilər.

 

Ad seçərkən əsas məqsəd uşağın adı ilə özünü rahat hiss etməsi və adı ilə şəxsiyyətini müsbət şəkildə ifadə edə bilməsidir. Müasir, sadə və qlobal kontekstdə qəbul olunan adlar bu baxımdan daha uyğun hesab edilir”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox