Azedu.az

Universitetlərdə dərslik problemi: “Maliyyə ayrılmalıdır”

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

11 Sentyabr 2024, 10:09
Universitetlərdə dərslik problemi: “Maliyyə ayrılmalıdır”

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Hər il demək olar, əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar açılır, ancaq təəssüf ki, bir çox universitetlərdə fənlə bağlı dərslik problemi yaranır.

 

Bəs, görəsən, universitetlər bu halda nə etməlidirlər?

 

Təhsil mütəxəssisi Elçin Süleymanlı AzEdu.az-a açıqlamasında bildirib ki, universitetlər kitabxanalarına maliyyə vəsaiti ayırmalıdırlar:

 

“Universitetlər dərsliyə, kitabxanaya vəsait ayırmalıdırlar. Müasir ədəbiyyat, dünyanın müxtəlif ölkələrində nəşr olunan kitablar mütləq universitet kitabxanasında olmalıdır. Bununla əlaqəli müsbət təcrübəsi olan universitetlərimiz var. Müəyyən dillərdən dərsliklərin tərcümə olunaraq ali məktəblərə verilməsi ilə bağlı neft şirkətlərinin əvvəlki illərdə yaxşı layihələri olub. Bu layihələr çərçivəsində kitabaxanalarda dünyanın aparıcı universitetlərinin dərslikləri Azərbaycan dilin tərcümə olunaraq universitetlərə hədiyyə olunub. Bu baxımdan BP-nin, eləcə də bir neçə dərslik üzrə SOCAR-ın addımı təqdirəlayiqdir.

 

Sosial məsuliyyət proyekt çərçivəsində universitetlərin kitab vəsaiti ilə təmin olunmasına dəstək olmalıdır, amma əsas olaraq universitet büdcəsindən müəyyən hissəni kitabaxananın zənginləşməsinə ayırmalıdır.

 

Onu da qeyd etmək lazımdır ki, indi internet əsridir. İnternetdə kifayət qədər müxtəlif onlayn resurslar var ki, buradan pulsuz şəkildə istifadə etmək olur. Həmçinin Azərbaycan universitetləri “science”, “scopus” kimi bazalara abonədir. Artıq müəllimlər və tələbələr bu bazalardan aktiv istifadə etməyi bacarmalıdırlar”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox