Azedu.az

Numeroloq: Övladınıza ata və ananızın adını qoyanda diqqətli OLUN

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

10 Sentyabr 2024, 16:09
Numeroloq: Övladınıza ata və ananızın adını qoyanda diqqətli OLUN

“Yaxşı olar ki, yeni doğulan övlada verilən ad həyatda olan insanın adı olsun”.

 

Bu sözləri AzEdu.az-a danışan numeroloq Xəyal Məmmədov qeyd edib.

 

Numeroloq bildirib ki, valideynlər çoxu ata və analarının adlarını övladlarına qoymaqla bir növ yaşatmaq istəyirlər:

 

“Enerji baxımından nəzərə alsaq, yaxşı olar ki, yeni doğulan körpəyə verilən ad həyatda olan insanın adı olsun. Yəni adı veriləcək insandan “halallıq” alınsın. Rəhmətə getmiş insanların adlarını qoymağı enerji baxımından düzgün hesab etmirəm. Çünki hər bir insanın həyat aqibəti var və ad da bizim enerjimizin 2-ci kateqoriyasıdır.

 

Həyatda olmayan insanın adının körpəyə qoyulması neqativ təsir bağışlaya bilər. Amma insan sağlığındaykən öz adının nəvəsinə qoyulmasını istəsə, bu bir qədər qəbulediləndir.

 

Numeroloji tərəfdən qeyd edim ki, insanların adlarındakı hərflərin sayınında təsiri var. Uşağa ad qoyulan zaman ata və ananın adlarındakı hərflərin sayınına nəzər salmaq lazımdır. Məsələn, ata adı 4 hərf, ana adı isə 5 hərfdən ibarət ola bilər. O zaman tövsiyə edirəm ki, uşağın adını 6 hərfli bir ad qoymaq daha yaxşı olar. Niyə? Ona görə ki, hər üç rəqəm bir ailənin içində olsun”,- deyə numeroloq fikrini tamamlayıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox