Azedu.az

Gəncə-Daşkəsən bölgəsində yüksək bal toplayanların SAYI

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

3 Sentyabr 2024, 08:51
Gəncə-Daşkəsən bölgəsində yüksək bal toplayanların SAYI

Bu il ali məktəblərə qəbulda bir sıra prestijli ixtisaslarda keçid ballarının artığını müşahidə etdik. Bunun səbəbi əsasən abituriyentlərin yüksək bal toplayaraq, həmin ixtisasları seçməsidir.

 

Bəs, görəsən, regionlar üzrə neçə nəfər 600-dən yüksək nəticə göstərib?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, Regional Təhsil İdarəsi üzrə 108 nəfər 600-dən çox bal toplayıb:

 

“Gəncə şəhəri üzrə 88 nəfər, Göygöl rayonu üzrə 13, Samux rayonu üzrə 7, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorundan 15 nəfər 600 baldan yüksək nəticə göstərib”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox