Xəbər verdiyimiz kimi, Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Belə ki, növbədənkənar parlament seçkilərinin ilkin nəticələri sırasında təhsil adamları da yer alır.
AzEdu.az Təhsil Portalı həmin şəxsləri təqdim edirik:
1.Eldar Quliyev - Azərbaycan Kooperasiya Universitetinin rektoru- 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə;
2.Bəxtiyar Əliyev-MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Elm və təhsil komissiyası sədrinin müavini- 119 saylı Ağdam seçki dairəsi üzrə;
3.Vüqar Rəhimzadə -Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri - 6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə;
4.Fariz İsmayılzadə - ADA Uniersitetinin prorektoru- 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə;
5.Mehriban Vəliyeva - Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini- 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə;
6.Heydər Əsədov- Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru- 51 saylı Şirvan seçki dairəsi üzrə;
7.Samir Vəliyev - Odlar Yurdu Universiteti prorektoru - 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə;
8.Rövşən Muradov - UNEC-in “Menecment” kafedrasının professoru- 121 saylı Laçın seçki dairəsi üzrə;
9.Ceyhun Məmmədov - Azərbaycan İlahiyyat İnstitutunun sabiq rektoru- 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə;
10.Səməd Seyidov - Azərbaycan Dillər Universitetinin sabiq rektoru- 109 saylı Qazax seçki dairəsi üzrə;
11.Əhliman Əmiraslanov- Azərbaycan Tibb Universitetinin sabiq rektoru- 67 saylı Sabirabad seçki dairəsi üzrə;
12.Tamam Cəfərova- Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru- 88 saylı Şamaxı seçki dairəsi üzrə;
13. Pərvin Kərimzadə - Gəncə Döclət Universitetinin prorektoru- 39 saylı Gəncə ikinci seçki dairəsi üzrə;
14. Əziz Ələkbərov- AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi- 66 saylı Saatlı seçki dairəsi üzrə
15. Rafael Hüseynov - AMEA-nin həqiqi üzvü- 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə;
16.Anar İskəndərov -BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri - 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə;
17.Musa Qasımlı- AMEAnın Qafqazşünaslıq İnstitutunun direktoru- 75 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə;
18. Ülviyyə Ağayeva - AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi- 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə;
19. Tahir Mirkişili -Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi -43 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə;
20. Jalə Əliyeva - AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin Elmi Şurasının üzvü- 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi üzrə;
21. Arzu Abdullayev-Naxçıvan Dövlət Universitetinin prorektoru - 42 saylı Aşağı Əndəmic seçki dairəsi üzrə;
22.Əziz Qasımov - Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri- 32 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə;
23.Həbibə Allahverdiyeva- Naxçıvan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma üzrə prorektoru- 19 saylı Babək şəhər seçki dairəsi üzrə.