Azedu.az

Şərqşünas alim vəfat edib

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

1 Sentyabr 2024, 14:34
Şərqşünas alim vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi Şamil Alməmmədov 84 yaşında vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan məlumat verib.

 

O bildirib ki, Şamil Alməmmədov bir müddət əvvəl sağlamlığında yaranmış problemlə əlaqədar olaraq cərrahiyyə əməliyyatı keçirib.

 

Qeyd edək ki, Ş. Alməmmədov 1940-cı ildə anadan olub. 1960-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 1966-cı ildən BDU-nun Şərqşünaslıq fakültəsində laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışıb. 1975-1977-ci illərdə Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərib. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb. O, fəaliyyəti dövründə 20-yə yaxın məqalə, proqram və kitabın müəllifi olub.

 

Allah rəhmət eləsin!

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox