Azedu.az

“Tələbəplus” kartı nəqliyyatda güzəştlər edəcək?  - Rəsmi AÇIQLAMA

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

Şikayət qutusu

Təhsil qanunvericiliyi

30 Avqust 2024, 13:16
“Tələbəplus” kartı nəqliyyatda güzəştlər edəcək?  - Rəsmi AÇIQLAMA

Təhsilin İnkişafı Fondu (TİF) Kapital Bank və “Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən yaradılacaq “TələbəPlus” kartları oktyabr ayından etibarən mərhələli şəkildə tələbələrə paylanacaq.

 

“TələbəPlus” kartları təhsilalanlara xüsusi keşbek, endirim və promokodlardan yararlanma imkanı yaradacaq. 

 

Gələcəkdə bu kart tələbələrə nəqliyyatda güzəştlər edilməsini ehtiva edirmi?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı Təhsilin İnkişafı Fonduna (TİF) sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, hələ ki, bu barədə dəqiq məlumat yoxdur:

 

“Fond güzəştlər barədə müəyyən təkliflər siyahısı hazırlayıb. Buraya qurumlar, restoranlar, kafelər, geyim mağazaları, dəftərxanalar, əyləncə mərkəzləri, kinoteatrlar, teatrlar, eləcə də muzeylər daxildir.

 

Hazırda həm sadaladığımız qurum və şirkətlərlə görüşlər keçirilir, həm də nəqliyyatla bağlı təkliflər verilib, danışıqlar aparılır. Lakin hələ tam razılıq əldə edilməmiş hansısa qurumun adını çəkə bilmərik.

 

Oktyabr ayında həm universitetlərin tam siyahısı, həm də qurumların adları müəyyənləşəcək”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox