Azedu.az

Agentlik: Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir

Məktəblər

Kolleclər

Maraqlı

30 Avqust 2024, 11:00
Agentlik: Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

 

Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və yerli bölmələrinin Çağrı mərkəzindən, eləcə də uşaqların təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.

 

Agentlikdən AzEdu.az -a bildirilib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.

 

Valideynlər link vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox