Azedu.az

İxtisas seçiminin 2-ci turunda subbakalavrların şansı ÇOXDUR

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

28 Avqust 2024, 15:44
İxtisas seçiminin 2-ci turunda subbakalavrların şansı ÇOXDUR

Ali məktəblərin boş qalan yerlərinə seçim başlayır.

 

Belə ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə həm abituriyentlər, həm də subbakalavrlar müraciət edə bilərlər.

 

Bəs, görəsən, subbakalarların ali təhsil müəssisələrinə qəbul prosesində nə qədər şansları var?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, universitetə qəbul olmayanların sayı ümumi abituriyentlərin 1/3 hissəsini təşkil edir:

 

“Məsələn, I ixtisas qrupunda müsabiqə şərtlərini ödəmədiyinə görə kəsilənlərin sayı çox azdır. Bu qisim şərtləri ödəyə bilmədiyinə görə 2-ci turda da iştirak edə bilməyəcək. Digər ixtisas qruplarında da belədir. Demək olar ki, boş qalan yerlərdə 150 ballıq ixtisaslardan biri də qalmayıb”.

 

Ekspert 2-ci turda subbakalavrların daha çox şanslarının olduğunu vurğulayıb:

 

“Sadaladığım nüanslara görə ixtisas qrupları üzrə subbakalavrların şansı çoxdur. Onlar çox rahatlıqla müsabiqəyə müraciət edib, qəbul ola bilərlər”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox