Azedu.az

Şagirdlərə nə qədər məktəb xərci çəkilir? – Minimum və maksimum QİYMƏTLƏR

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

28 Avqust 2024, 14:00
Şagirdlərə nə qədər məktəb xərci çəkilir? – Minimum və maksimum QİYMƏTLƏR

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlərin əksəriyyəti övladlarına lazım olan məktəb ləvazimatlarını almaq üçün mağazalara axın ediblər.

 

Maraqlıdır məktəb formaları və ləvazimatlarının qiymətləri hansı aralıqlardadır?

 

AzEdu.az xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimovun verdiyi məlumata əsasən bu il məktəbli formalarının qiymətləri 20 faiz ucuzlaşıb.

 

Belə ki, məktəbli formalarının qiymətləri bu aralıqdadır:

 

Şalvar və ətək: 20 manat;

Köynək: 12 manat;

Jaket: 30 manat.

 

Qeyd edək ki, ötən il şalvar və ətəklərin qiyməti 25, köynək 15, jaketin qiyməti isə 30 manat təşkil edirdi.


Məktəb ləvazimatlarının qiyməti isə minimum və maksimum məbləğə görə belə dəyişir:

Çanta: 20-120 manat;

Dəftər: 50 qəpik - 3 manat;

Sadə karandaşlar: 20 qəpik - 1,80 manat;

Rəsm albomları: 1-7 manat;

Dəftər-kitab üzlükləri: 20-50 qəpik;

Sadə qələmlər: 20 qəpik, daha keyfiyyətliləri 1 manata qədər;

Rəngli karandaşlar: 2-8 manat;

Pozan: 40-50 qəpik;

Karandaşyonan: 20 qəpik - 1 manat 50 qəpik;

Xətkeş: 40 qəpik - 2,50 manat;

 

Plastilin: 1-  4,50 manat;

 

Su qabı: 10-19,50 manat;

 

Qələm yonan:0,50 qəpik - 4 manat;

 

Quaş: 1-4 manat;

 

Fırça: 30-50 qəpik;


Pərgar dəsti: 1 - 5 manat.

 

Xatırladaq ki, 2023-cü ildə isə məktəbli ləvazimatlarının qiyməti builkinə nisbətən daha çox idi. Belə ki, məktəbli çantalarının qiymətləri 25-170 manat, dəftərlər 0,25 qəpik -1,60 manat, sadə qələmlər 0,20 qəpik -1,60 manat, rəngli karandaşlar 2,50- 12,50 manat aralığında dəyişib.

 

Hesablamalarımıza əsasən, ailənin məktəbə gedən bir övladı üçün xərcələdiyi minumum məbləğ 102 manat 5 qəpik, maksimum 251 manat 30 qəpikdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox