Azedu.az

Vakant yerdən imtina edən müəllimlər növbəti mərhələyə buraxılmayacaq

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

28 Avqust 2024, 12:14
Vakant yerdən imtina edən müəllimlər növbəti mərhələyə buraxılmayacaq

Vakant yerdən imtina edən müəllimlər növbəti imtahan turuna buraxılmayacaq.

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli MİQ-lə bağlı keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək:

 

"Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiqləndiyini yoxlamaq məsləhət görülür. Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti imtahan turlarında iştirakı təmin olunmayacaq".

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox