Azedu.az

“Örnək müəllim”: Oğlanların zəkası qızlardan ÜSTÜNDÜR

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

22 Avqust 2024, 16:30
“Örnək müəllim”: Oğlanların zəkası qızlardan ÜSTÜNDÜR

Bəzi araşdırmalara görə, qadınların beyni ilə kişilərin beyni arasında bır sıra maraqlı məqamlar üzə çıxıb. Belə ki, məntiqi zəka cəhətdən kişilərin beyni qadınlara nisbətdə daha üstündür. Lakin verbal zəkada isə qadınlar üstünlük təşkil edir. Bu fərqlilik ilk növbədə orta məktəbdə büruzə verməyə başlayır.

 

Maraqlıdır, bu gün şagirdlər arasında dərsi daha tez qavraması baxımdan qızlar yoxsa oğlanlar daha çox üstünlük təşkil edir? Buna səbəb nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən 17 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi, “Örnək müəllim”, Elmira Ağayeva qeyd edib ki, kişilər adətən dəqiq elm, qadınlar isə humanitar elmlərdə maraqlı olurlar:

 

“Bəzi elə istiqamətlər var ki, orada qadın və kişi beynini fərqləndirmək olmur. Yəni ortada xüsusi bir fakt yoxdur. Lakin bəzi bir neçə sahələrdə kişilərin beyninin qadınlara nisbətdə daha uğurlu olması daha tez nəzərə çarpır. Məsələn, kişilər məlumatı sürətli şəkildə qəbul edirlər və buna görə də hadisələrə tez reaksiya verirlər.

 

Amma qadınlar isə eyni anda bir neçə informasiyanı qəbul edə bildikləri üçün bəzən hadisələrə gec reaksiya verə bilirlər. Kişilər adətən dəqiq elm, qadınlar isə humanitar elmlərdə maraqlı olurlar. Bu uşaqlarda da belədir.

 

Sinifdə riyaziyyat dərsi zamanı hər hansısa bir məlumatı oğlan uşaqları qızlara nisbətdə daha tez qavraya bilirlər. Lakin Azərbaycan dili dərsi oxuyub-anlama olduğuna görə bəzən uşaqlar həvəssiz olur. Belə olan halda da biz məcbur olub dərsi oyunlar üzərindən suallar quraraq izah edirik.

 

Məsələn, onları həvəsləndirmək üçün şagirdlərə “sizcə bu mətndə nədən danışıla bilər? deyə suallar verirəm. Bundan sonra artıq şagirdlər düşünməyə başlayırlar. Lakin dərs zamanı qızların daha səbrli olduğunu müşahidə edirəm. Yəni dərsi oturub oxumağa, öz üzərində işləməyə səbrlidirlər. Lakin oğlanlar isə “tez dərsi yazım verim” düşünürlər”.

 

Həmsöhbətimiz bildirib ki, sinifdə müəllimlər qız və oğlan şagirdləri arasında balans prinsipini qorumağı bacarmalıdır:

 

“Qız şagirdləri oğlanlarla müqayisədə danışmağı daha çox sevirlər. Çünki qızlar ünsiyyət yönümlü inkişaf edirlər. Dərs boyu bir neçə dəfə yüksək səslə, daha sonra aşağı səslə danışıram. Aşağı səslə danışanda fikir verirəm ki, qızlar mənə daha yaxşı dinləyir, yüksək səslə danışanda isə oğlanlar.

 

Çünki oğlanların eşitmə qabiliyyəti qızlara nisbətdə zəifdir. Sinifdə hər müəllim çalışmalıdır ki, oğlanlarla qızlar arasında balans prinsipini qoruya bilsinlər. Yəni həm qızın, həm də oğlanların zəkasını müəyyən etmək lazımdır”.

 

234 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim, “Örnək müəllim”, Kəmalə Əliyevanın sözlərinə görə, oğlan uşaqlarının qavrama, yaddaş və hafizə, eləcə də məntiqi nəticə çıxarma qabiliyyəti daha yüksək olur:

 

“Alimlərin qənaətinə görə, oğlan uşaqlarında zəka genləri yalnız bir şəxsdən -  anadan keçir. Bir atanın doğulacaq oğlan övladına zəka genini ötürməsi heç bir şəkildə mümkün deyil. Dünya mütəxəssislərinin apardığı araşdırmaya əsasən, zəka genlərinin şifrələri sadəcə X xromosomunda olur. Y xromosomunda isə zəka genləri olmur.

 

Qadınlarda ancaq X xromosomu olduğu halda, kişilərdə həm X, həm də Y xromosomları olur. Ananın X xromosomu ilə atanın X xromosomunun birləşməsindən qız, ananın X xromosomu ilə atanın Y xromosomunun birləşməsindən isə oğlan uşağı dünyaya gəlir.Zəka genləri ancaq X xromosomunda olduğu üçün oğlan uşaqları zəkanı yalnız bir mənbədən, yəni anadan, qız uşaqları isə iki mənbədən: həm anadan, həm də atadan alırlar.

 

Ona görə də qız uşağının dünyaya gəlməsi üçün XX xromosomunun olduğunu nəzərə alan bəzi alimlər qızların daha ağıllı və zəkalı olduğunu vurğulayırlar. Mən 31 illik pedaqoji təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, oğlan uşaqlarının qavrama, yaddaş və hafizə, eləcə də məntiqi nəticə çıxarma qabiliyyəti daha yüksək olur.

 

Onlar ilk izahdan sonra artıq mövzunun məzmununu mənimsəyir, təhlil, ümumiləşdirmə, oxşar və fərqli xüsusiyyətləri aşkar etmə, nəticə çıxarma bacarıqlarında da sürətli reaksiyaları ilə qızlardan seçlirlər. Qeyd etdiyim kimi oğlanların zəka genlərini bir mənbədən almaları ilə əlaqəli olduğunu düşünürəm”,- deyə müəllim fikrini yekunlaşdırıb.

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox