Azedu.az

Bu səhvə yol verənlər tələbə adını qazanmayacaq

21 Avqust 2024, 13:16
Bu səhvə yol verənlər tələbə adını qazanmayacaq

“Hər il minlərlə abituriyent səhv ixtisas seçimi etdiyi üçün universitetlərə qəbul ola bilmir”.

 

Bu rəqəm bu il daha çox olacaq deyə ehtimal edirəm”.

 

Bu fikriləri AzEdu.az-a açıqlmasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

 

Ekspert bildirib ki, ümumiyyətlə qəbul imtahanından sonra yüksək bal toplayan abituriyentlərin bir qismi düzgün seçim etmədikləri üçün boş qalan yerlərə müraciət edirlər:

 

“Keçən il bir neçə 500 baldan yuxarı toplayan abituriyent mənə müraciət etmişdi. Onlardan bir nəfər ixtisas seçimini özü etdiyinə görə qəbul ola bilmədi. Buna səbəb düzgün ixtisas seçimi olunmamasıdır.

 

Bu demək olar ki, hər il abituriyentlərin başına gələ biləcək bir vəziyyətdir. Amma hesab edirəm ki, bu il abituriyentlərin sayı daha çox olacaq. Çünki keçən il bəzi qruplarda balların düşməsi bəzi ixtisasların keçid ballarının paralel olmasına səbəb oldu. Bu say o qədər də çox ciddi görünmədi. Bu il yüksək bal toplayıb, düzgün ixtisas seçimi edə bilməyən abituriyentlərin qəbul ola bilməməsi daha çox özünü büruzə verəcək. Xüsusilə bu I qruplarda daha çox müşahidə ediləcək. 

 

Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) seçim edənlər bu il artmış olacaqlar. Keçən il bu universitetə qəbulda ciddi enmələr olmuşdu. Bunun təbii ki, fərqli səbəbləri var idi. Bu il həmin o az balı görüb, ona diqqətini cəmləyən abituiriyentlərdə ciddi problemlər yarana bilər.

 

Həmsöhbətimiz vurğulayıb ki, abituriyentlər ballarda olan qalxma hallarını analiz etmədən, keçənilki ballarla ixtisas seçimi etdikləri təqdirdə səhvə yol vermiş olacaqlar: 

 

“Ümumiyyətlə I qruplar üzrə düşünürəm ki, bəzi ixtisaslarda 50-70 bal artacaq. Hətta da bu rəqəm çox da ola bilər. Minimum bütün ixtisaslarda 50 bal qalxacağı ehtimal edilir.

 

II qruplarda üzrə ehtimal edirəm ki, ixtisaslarda 20-40 bal qalxa bilər. Hətta bəzi tələbatlı ixtisaslarda xüsusilə də logistika ixtisasında bu artım bir qədər müşahidə olunacaq.

 

III ixtisas qruplarında artım təxminən minimum 40 bal müşahidə edilə bilər. Bu 60 bala qədər davam edəcək. III qrup rus bölməsi üzrə hüquqşünaslıq ixtisasında o qədər də ciddi müşahidə edilmir. Lakin bu Azərbaycan bölməsində ciddi şəkildə hiss olunur.

 

IV ixtisas qruplarında Tibb ixtisası üzrə 40 baldan yuxarı qalxma müşahidə olunacaq. Bütün bunlar bizim statistik analizlərimizn nəticəsidir. Çünki bu il yüksək bal toplayan abituriyentlərin sayı çoxdur. Bundan  əlavə ən çox artım limitli ixtisaslarda müşahidə ediləcək. 150 ballıq nəzərdə tutulan ixtisaslara müraciət çox olduğuna görə, qalxma olacağını düşünürəm.

 

Xüsusilə də I qrup limitli ixtisaslarda ciddi artım olacağı qaçınılmazdır. Təbii ki, qeyd etdiyim ballarda qalxma halları daha çox Bakı şəhərinə aiddir, regionlarda bu hal minimuma yaxındır.

 

Abituriyentlərin bu qalxmanı analiz etmədən, keçənilki ballarla ixtisas seçimi etdikləri təqdirdə səhvə yol vermiş olacaqlar.  Ona görə də bu kimi hallara yol verməmək lazımdır”,- deyə ekspert fikrini tamamlayıb.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox