BDU-nun Hüquq fakültəsinin SABAH qrupları tələbəsi dünyanın 13 nüfuzlu ölkəsinin qabaqcıl universitetlərində magistr dərəcəsi üzrə təhsil almaq hüququ əldə edib.
AzEdu.az xəbər verir ki, Kənan Abdiyevin seçimi ABŞ-ın Maryland Universitetinin Dövlət İdarəetməsi ixtisasının İctimai Siyasət("UMD School of Public Policy") proqramı olmuşdur.
Qeyd edək ki, Kənan təhsilini Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-da davam etdirəcək.
Həmin universitetləri təqdim edirik:
“University of Maryland";
"University of Utrecht";
"University of Glasgow";
"Lund University";
"Bremen University";
"KU Leuven".
"EMLE" Erasmus proqramı(Fransa, İtaliya, İspaniya, Avstriya, Polşa, İsrail);
"ILGSPD” Erasmus proqramı(Böyük Britaniya, Hollandiya, Estoniya).