Azedu.az

Agentlik: Namizədlər daha çox mərkəz məktəblərinə üstünlük verir

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

14 Avqust 2024, 12:22
Agentlik: Namizədlər daha çox mərkəz məktəblərinə üstünlük verir

Namizədlər vakant yer seçimləri zamanı daha çox mərkəz məktəblərinə üstünlük verir.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi zamanı deyib.

 

"Vakansiyaların az olması və ya olmaması ilə bağlı məsələyə gəldikdə isə, demək istərdik ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır.

 


Nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir. Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox