Azedu.az

Pekin Universitetində təhsil alacaq yeganə azərbaycanlı: “Çində ailəmlə yaşayacam”

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

Uğur hekayələri

Seçilmişlər

Layihələrimiz

Xaricdə Təhsil

Elm və Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

13 Avqust 2024, 10:00
Pekin Universitetində təhsil alacaq yeganə azərbaycanlı: “Çində ailəmlə yaşayacam”

M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdi Banu Səfərova reytinq üzrə Asiyada 1, dünyada isə 14-cü yerdə olan Pekin Universitetinə full scholarship təqaüdü qazanaraq qəbul olub. O, həmin universitetdə ölkəmizi təmsil edəcək yeganə azərbaycanlı tələbə olacaq.

 

Banunun təəssüratlarını öyrənmək üçün AzEdu.az Təhsil Portalı olaraq onunla əlaqə saxladıq.

 

-Banu, əvvəlcə səni yaxından tanımaq istəyərdik. Özün barədə məlumat verə bilərsən?

 

-Mən, Banu Səfərova. 18 yaşım var. 4 yaşım olanda ailəm ilə Çinə köçüb orada 5 il yaşamışıq. Qaldığımız müddətdə Çin dilini öyrənmişəm. Əlavə olaraq rus və ingilis dillərini də bilirəm. Yeni tədris ilindən etibarən Pekin Universitetində Çin dili və ədəbiyyatı üzrə bakalavr təhsili alacam.

 

-Universitetə təqaüdlə daxil olunmusan. Bu barədə ətraflı məlumat verə bilərsən?

 Açıklama yok.

-Çin dövlət təqaüdünü qazanmaq üçün universitetlərin öz şərtləri olur. Normalda universitet minimum HSK 5 səviyyəsini tələb edir, (HSK Çin dili səviyyəsinin imtahanıdır) mən HSK 7 imtahanını keçdiyim üçün universitetə qəbul oluna bildim. Üstəlik fərqli sertifikatlar və IELTS səviyyəmin 6.5 olması da mənə bu yolda kömək oldu. Adətən Çin dövlət təqaüdü Çin Səfirliyinə və Azərbaycan Elm və Təhsil Nazirliyinə müraciət edərək əldə olunur.

 

-Qeyd etdiniz ki, 9 yaşınıza qədər Çində yaşamısınız. Yəqin ki, həmin vaxtda məktəbdə də təhsil almısınız...

 Açıklama yok.

-Bəli, 1-dən 4-cü sinfə qədər Guangzhou şəhərində məktəbə getmişəm.

 

-Orada dostlarınız olub? Olubsa, hələ də əlaqələriniz var?

 

-Əlbəttə olub, amma təəssüf ki, çoxu ilə artıq əlaqəm yoxdu. Biz Azərbaycana qayıdandan sonra əlaqə nömrələrimizi itirdik. Sadəcə bir-iki nəfər sinif yoldaşlarımla hərdən yazışırıq.

 

-Onlar sizin yenidən Çinə qayıdacağınıza necə münasibət bildirirlər?

 Açıklama yok.

-Çox sevindilər və dedilər ki, qayıdan kimi mütləq bir daha görüşək.

 

-Çindən Azərbaycana gələndən sonra burada məktəbə adaptasiya olma müddətiniz necə keçdi?

 

-Birinci hər şey fərqli gəlirdi, amma məktəbdəki müəllimlərim həmişə mənə qarşı çox diqqətli və səbirli oluduqlarına görə çox çətinlik çəkmədim. Beləcə qısa müddətdə adaptasiya oldum.

 

-Çinə tək gedəcəksiniz, yoxsa ailənizlə?

 

-Çinə atamla gedəcəm. Atam Guangzhou şəhərində, mən isə Pekində qalacam. Anamla qardaşım isə, inşallah, bir il sonra yanımıza gələcəklər.

 

-Nə gözəl, bundan sonra Çində yaşamağı düşünürsünüz?

 

-Bəli.

 

-Azərbaycandan getdikdən sonra ən çox nədən ötrü darıxacaqsınız?

 

-Ən çox ailəm, yaxınlarım və dostlarım üçün darıxacam.

 

-Gələcəkdə təhsilinizi magistratura üzrə davam etdirməyi düşünürsünüz?

 

-Düşünürəm, ama hansı ölkədə təhsil alacağıma hələ qərar verməmişəm.

 

-Çinin ən çox nəyini bəyənirsiniz?

 

-Orada ən çox insanları sevirdim. Çində insanlar çox sadə və səmimidirlər. Heç vaxt bir insanı ölkədə yad hiss etdirməzlər. Eləcə də yeməkləri çox dadlıdır. Fərqli ədviyyatlı yeməkləri var, evdə özüm də bişirməyə çalışıram.

 

-Ən sevdiyiniz yemək hansıdır?

 

-Ən çox sevdiyim yemək HotPotdur. O Çinin ənənəvi yeməklərindən biridir. Bu yemək adətən isti bulyon dolu qazanın ortada yerləşdirildiyi bir süfrədə yeyilir. Süfrədə müxtəlif tərəvəzlər, ətlər və dəniz məhsulları təqdim olunur. Yemək zamanı qonaqlar öz istədikləri məhsulları qazanda bişirərək süfrəyə qoyurlar.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox