İmtahanları aşağıdakı qrafikə uyğun hər həftə vermək mümkündür:
İmtahan | Vaxt |
PTE Academic (akademik ingilis dili testi) | hər həftənin II günləri |
İxtisaslaşma imtahanları | hər həftənin II günləri |
Pearson VUE imtahanları artıq DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.
Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzinin Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən PTE Academic (akademik ingilis dili testi), həmçinin müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 140-dan çox imtahanı keçirmək hüququ var.
İştirakçıların nəzərinə çatdırırıq ki, Pearson VUE (Virtual University Enterprises) imtahanları artıq Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
DİM-də keçirilən Pearson VUE imtahanlarının arasında PMI, Microsoft, Oracle, CompTIA, IIA, Cisco və bir sıra digər təşkilatların imtahanları var.
İmtahanları aşağıdakı qrafikə uyğun hər həftə vermək mümkündür:
İmtahan | Vaxt |
PTE Academic (akademik ingilis dili testi) | hər həftənin II günləri |
İxtisaslaşma imtahanları | hər həftənin II günləri |