Azedu.az

Qarabağ Universitetinin ilk TƏLƏBƏSİ: “Bu balı repetitor yanına getmədən topladım”

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

12 Avqust 2024, 13:05
Qarabağ Universitetinin ilk TƏLƏBƏSİ: “Bu balı repetitor yanına getmədən topladım”

Qarabağ Universitetinin ilk tələbəsi "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülən, Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkanar qaydada, yüksək göstəriciləri olan Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunu Atilla Muradlıdır.

 

O, Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.

 

Qeyd edək ki, A. Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.  O, qəbul imtahanlarında 519.2 bal toplayıb. 

 

Atillanı daha yaxından tanımaq üçün AzEdu.az Təhsil Portalı olaraq ondan müsahibə aldıq.

 Açıklama yok.

-Atilla, əvvəlcə səni təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik. Bizə bir cümlə ilə niyə Qarabağ Universitetini seçdiyini deyə bilərsən?

 

-Olimpiada nəticələrimə görə ixtisas seçimi zamanı istənilən universiteti seçə bilərdim. Mən isə bu seçimi Qarabağ Universitetindən yana istifadə etmək qərarına gəldim. Özümlə fəxr edirəm ki, bu universitetin ilk tələbəsiyəm. Şəhidlərimizin canları, qanları bahasına alınmış torpaqlarda təhsil almaq mənim üçün böyük  qürurdur. Həmçinin, Qarabağın təbiətini də çox sevirəm. Təbiət amili seçimlərimə təsir edən əsas səbəblərdən biri oldu. İstəyirəm ki, təhsil aldığım müddətdə müxtəlif beynəlxalq layihələrdə iştirak edərək Qarabağımızı dünyaya tanıdım.

 

-Elektrik və elektronika üzrə təhsil alacaqsan. Səndə  bu sahəyə maraq haradan yaranıb?

 

-Bu ixtisas fizika fənninə olan marağıma daha yaxındır, həmçinin, mən istəyirəm ki, əvvəlcə elektrik və elektronika mühəndisliyi ixtisası üzrə lazımi təməli bilikləri özümdə formalaşdırım, sonra isə aerokosmik sahəsində ixtisasımı davam etdirim.

 

-Gələcəkdə magistratura pilləsi üzrə təhsil almaq istəyirsən?

 

-Bəli, magistr təhsili almaq istəyirəm. Hələ dəqiq qərar verməsəm də, bu təhsili xaricdə alıb, sonra ölkəmizə dönüb, faydalı işlər görməyi düşünürəm.

 

-Qarabağ Universiteti yaradılmadan əvvəl hansısa universiteti seçməyi düşünürdünmü?

 

-Qarabağ Universiteti yaradılmadan öncə ADA universitetində təhsil almağı düşünürdüm. Ancaq sonradan fikrimi dəyişdim.

 

-Olimpiada nəticələrinə əsasən əlavə imtahan vermədən universitet seçiminə buraxılırsan. Ancaq maraqlıdır ki, buna baxmayaraq ali məktəbə imtahan vermisən...

 Açıklama yok.

-Bəli, sadəcə özümü yoxlamaq üçün imtahanda iştirak etdim və 519.2 bal topladım. Bilirdim ki, onsuz da imtahansız qəbul ola biləcəm. Hansı fəndən hansı səviyyədə biliyim olduğu mənim özümə də maraqlı idi.

 

-Atilla, imtahanda özünü sınamaq məqsədilə iştirak etmisən. Bəs, hazırlıq prosesi necə? Xüsusi məşğələlərə getmisən?

 

-Xeyr, mən heç bir hazrılğa getməmişəm. Evdə oturaraq, internetdən lazımi məlumatları tapıb, özüm tək hazırlaşmışam.

 

-Çox gözəl! Sənin kimi universitetə hazırlaşmaq istəyən, lakin müxtəlif səbəblərdən hazırlığa gedə bilməyən abituriyentlərə nə kimi tövsiyələr verərdin?

 

-İmtahana az vaxtım qaldığı zamanlar hələ bir çox mövzuları tam oxuya bilmirdim. Bu zaman mövzuların hər birinə toxunmaq üçün bütün sualları, tapşırıqları işləmirdim. Ancaq bir mövzunu qavrayacağım həddə çalışırdım. Artıq o mövzu aydın olduqdan sonra növbəti mövzuya keçirdim.

 

Demək istəyirəm ki, heç kim ümidsizliyə qapılmasın. İternetdə xeyli sayda video-materiallar var. Bunlardan istifadə edərək rahat şəkildə hazırlaşmaq mümkündür.  

 

-Olimpiada da uğur qazanmağının sirri nədir? Bu uğuru kimə borclusan?

 Açıklama yok.

-Uğurumu ilk növbədə fizika müəllimim Züleyxa xanıma borcluyam. Müəllimim mənə qarşılıqsız köməklər edib, ilk təməlləri məhz o öyrədib.  Bura qədər gəlməyimin səbəbkarı Züleyxa müəllimdir. Fizikadan dərin bilikləri isə Rəşadət müəllimə borcluyam.

 

-Atilla, sən ailənin tək övladısan? Yoxsa, bacın və ya qardaşın var?

 

-Ailədə 3 uşağıq. Digərləri hələ məktəbdə təhsil alırlar.  Bacım Tomris olimpiadalara hazırlaşır. Bu il biologiya fənni üzrə finala qədər yüksəldi, təəssüf ki, finalda uğur qazana bilmədi. Amma mən onu həvəsləndirirəm. İnşallah gələn il medalla qayıdacaq. Qardaş olaraq həm mənəvi, həm də material toplamaq cəhətdən əlimdən gələn dəstəyi göstərirəm. Onlara olimpiadaların önəmini izah edirəm ki, gələcəkdə ölkəmizi dünyada tanıda bilsinlər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox