Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az Təhsil Portalı regionlar üzrə I və IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentləri təqdim edir.
Yüksək bal toplayanların siyahısı üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirildi ki, ən yüksək nəticəni Quba rayonu Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin məzunu Bayramova Sevda Eldar qızı I ixtisas qrupu üzrə 675 bal toplayıb
Quba, Qusar, Xaçmaz və Şabran rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Xudat şəhər 4 nömrəli məktəb-liseyin məzunu Məmmədova Rəbiyyə Elman qızı I ixtisas qrupu üzrə 672,7 bal toplayıb.
Mehman Babayev adına Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Əliyev Rauf Hafiz oğlu I ixtisas qrupu üzrə 672,6 bal toplayıb.
Şabran rayonu 4 nömrəli məktəbin məzunu Xəlilzadə Sənubər Elnur qızı IV qrupu üzrə 666,7 bal toplayıb.
Quba rayonu Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin məzunu Əliyeva Şəbnəm Şahin qızı I ixtisas qrupu üzrə 663 bal toplayıb.
Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8№li məktəb-liseyin məzunu Əlibabayeva Fatimə Azər qızı I ixtisas qrupu üzrə 659,1 bal toplayıb.
Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin məzunu Quliyeva Nübar Məzahir qızı III ixtisas qrupu üzrə 659 bal toplayıb.
Qusar rayonu 2 nömrəli məktəbin məzunu Şinqarova Diana Şahin qızı I ixtisas qrupu üzrə 656 bal toplayıb.