Azedu.az

Direktor müavinlərinin və təşkilatçıların işə qəbulu prosesinə başlanılır

15 İyul 2024, 12:32
Direktor müavinlərinin və təşkilatçıların işə qəbulu prosesinə başlanılır
Direktor müavinlərinin və təşkilatçıların işə qəbulu prosesinə başlanılır.
 
 
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
 
 
Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, həmçinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.
 
Müsabiqə 5 mərhələdən ibarət olacaq:
1. Onlayn qeydiyyat
2. Qeydiyyatdan keçmiş namizədlərin SİM platformasında (www.sim.edu.az) müavin və təşkilatçılar üçün nəzərdə tutulan təlim proqramına cəlb edilməsi
3. Kursu uğurla başa vuran (yekun qiymətləndirmədə 50% və yuxarı nəticə) namizədlərin sənədlərinin qəbulu (Kursun müddəti 22-31 iyul 2024-cü il)
4. Əyani test imtahanı
5. Müsahibə
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır:
- Pedaqoji ixtisas üzrə ali təhsil
- 3 ildən az olmayaraq pedaqoji staj
- Hal-hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət
 
 
Müsabiqənin üçüncü mərhələsindən uğurla keçən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.Test imtahanında namizədlərə məktəb idarəetməsi, sənədləşmə işinin təşkili, pedaqogika və metodika üzrə 20, təhsil və əmək qanunvericiliyi üzrə 10, İKT üzrə 5, məntiqi və riyazi təfəkkür üzrə 10 sual olmaqla ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. Test imtahanında sualların 50%-dən çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.
 
 
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə nəzəri biliklər
- İdarəetmə bacarıqları
- Şəxsi keyfiyyətlər
 
 
Namizədlər 15-21 iyul 2024-cü il tarixlərində aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçə bilərlər: //forms.office.com/r/skS3SJyFCN
 
 
Qeyd edək ki, hal-hazırda ümumtəhsil müəssisələrində çalışan və regionun başqa ümumi təhsil müəssisəsinə yerdəyişmə etmək istəyən tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, həmçinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçılar da bu mərhələlərdən keçməlidirlər.
Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant yerlər olan ümumi təhsil müəssisələri ilə tanış ola bilərsiniz:
 
 
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox