Azedu.az

PROQNOZ: Magistraturaya keçid balları ENƏCƏK

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

24 İyun 2024, 15:57
PROQNOZ: Magistraturaya keçid balları ENƏCƏK

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 11 fevral və 28 aprel tarixlərində keçirilib. İmtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisədə maraqlı məqamlar ortaya çıxarır.

 

Bu il rəqabət daha çox 40-60 bal toplayanlar arasında olacaq.

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil ekspeti Rizvan Fikrətoğlu deyib.

 

“Bu il imtahan yeni modelə əsasən keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal əvvəl kimi 100 bal olub.

 

2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr müsabiqə şərtlərini ödəyib. Ötən il müvafiq göstərici 24118 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub. Bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək olduğu halda, ötən il isə bu göstərici 54 bala yaxın idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması, eləcə də ikinci cəhdin çətin olması ümumi nəticələrin aşağı düşməsinə təsir göstərib”.

 

Müsahibimiz vurğulayıb ki, bu il 90 və ondan yuxarı bal toplayanların sayı keçən illə müqayisədə təxminən 4 dəfə azdır:

 

“Bu il 90 va daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər 161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi fərq çoxdur. Magistratura üzrə ixtisaslaşmaya 6816-sı dövlət sifarişli, 8975-I ödənişli olmaqla, ümumilikdə 15791 plan yeri ayrılıb ki, keçən illə müqayisədə artım görə bilirik. Plan yerini, keçid balını keçən bütün bakalavrların seçim etməyəcəyini, yüksək nəticələrin aşağı düşəcəyini nəzərə alsaq, deyə bilərəm ki, bu il rəqabət daha çox 40-60 bal toplayanlar arasında ciddi olacaq. Bu, həm də keçən il formalaşmış yüksək keçid ballarının aşağı düşəcəyi deməkdir”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox