Cari tədris ilinin ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi bitirir. Bu gün məzun olanlar içərisində şəhid övladları da var.
Bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən AzEdu.az-a məlumat verilib.
Bu il orta məktəbi bitirərək məzun olan şəhid övladlarını təqdim edirik.
Şəhid general-mayor Polad Həşimovun oğlu - Davud Həşimov
Şəhid polkovnik Vüqar Yusifovun qızı - Ayan Yusifzadə
Şəhid polkovnik-leytenant Soltan Məmmədovun qızı - Ləman Məmmədova
Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu - Əlibəy Abdurahmanov
Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı - Nərgiz Cəfərova
Şəhid polkovnik-leytenant Ramiz Qasımovun qızı - Gülanə Qasımlı
Şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı - Aysu Elzamin
Şəhid mayor Anar Novruzovun oğlu - Nihad Novruzov
Şəhid mayor Ramil Ağayevin qızı - Aysun Ağazadə
Şəhid mayor Elnur Əliyevin oğlu - Elvin Əlizadə
Şəhid mayor Emin Süleymanovun oğlu - Bəhmən Süleymanzadə
Şəhid mayor Fəqan Xudaverdiyevin oğlu - Elcan Xudaverdiyev
Şəhid mayor Rasim Məmmədovun oğlu - Asim Məmmədov
Şəhid mayor Rüfət Əsgərovun oğlu - Xansuvar Əsgərli
Şəhid mayor Tofiq Kərimovun oğlu - Fərid Kərimov
Şəhid baş leytenant Sədi Musayevin qızı - Arzu Musayeva
Şəhid baş leytenant Mətləb Cəfərovun oğlu - Sübhan Cəfərli
Şəhid leytenant Vüsal Məhərrəmovun oğlu - Nicat Məhərrəmov
Şəhid baş gizir Ramil Yusifovun oğlu - Cəmal Yusifov
Şəhid gizir Emil Əhmədovun oğlu - Tofiq Əhmədov
Şəhid gizir Sahib Musayevin qızı - Sahibə Musazadə
Şəhid gizir Cəlal Ağayevin qızı - Nazənin Ağayeva
Şəhid gizir Hüseyn Qasımovun oğlu - Ağa Qasımov
Şəhid gizir Mayis Səmədovun qızı - Məleykə Səmədova
Şəhid kiçik gizir Orxan Həmidovun oğlu - Vüsal Həmidli
Şəhid çavuş İmran Məmmədlinin oğlu - Vüsal Məmmədli
Şəhid çavuş Rəfael Əliyevin qızı - Günel Əliyeva
Şəhid çavuş Ramil Yunisovun oğlu - Zamin Yunisli
Şəhid MAXE Elyar Mirzəyevin qızı - Xanım Mirzəzadə
Şəhid MAXE Araz Məmmədovun oğlu - Əli Məmmədov
Şəhid MAXE Rəşad Aslanovun oğlu - Fərid Aslanov
Şəhid əsgər Elşən Həmidovun oğlu - Sənan Həmidov
Mülki şəhid Ədavət Axundovun oğlu - Muxtar Axundov
Mülki şəhid Həsən Məmmədovun qızı - Pərizad Məmmədova
Mülki şəhid Sabit Əsədovun qızı - Fidan Əsədova
Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.