Azedu.az

"Namazovun "Çalışmalar kitabı" səhvlərlə doludur" - Riyaziyyat müəllimindən ETİRAZ

Məktəblər

Müəllimlər və elm adamları

4 Noyabr 2018, 09:49

“Mübariz Namazovun müəllifi olduğu Riyaziyyat kitablarında xeyli səhv var”

AzEdu.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Riyaziyyat müəllimi Nurlan Əliyev qeyd edib. O, kitabdakı səhvlərin şagirdlərə mənfi təsir etdiyini bildirib:

“Müəllifi Namazov olan "Riyaziyyatdan çalışmalar" kitabını şagirdlərlə işlədəndə adam pis vəziyyətdə qalır. Kitabda nə qədər çap səhvləri var! Verilən çalışmalar, çalışmaların cavabları və digər bir sıra səhvlər mövcuddur. Kitabın arxasındakı əlaqə nömrəsinə zəng etməyə qoruxuram ki, birdən nömrə də səhv olar”.

Xatırladaq ki, bir çox riyaziyyat müəllimi Namazovun müəllifi olduğu çalışma kitablarından narazıdır.

Həmin kitablar orta məktəblərdə şagirdlər tərəfindən ən çox istifadə olunan çalışma vəsaitləridir.

Məsələ ilə bağlı Mübariz Namazovun şəxsi mövqeyini öyrənməyə çalışacağıq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox