Azedu.az

II və III qrupların imtahan cavabları bu tarixdə açıqlanacaq

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

10 İyun 2024, 08:26
II və III qrupların imtahan cavabları bu tarixdə açıqlanacaq

Mayın 26-da keçirilən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 49 minə yaxın abituriyent iştirak edib.

 

Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılıb.

 

Bəs imtahan cavabları nə vaxt açıqlanacaq?

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə açıqlanacaq.

 

Qeyd olunub ki, imtahan cavablarının gələn həftənin əvvəli elan olunması nəzərdə tutulur.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox