Azedu.az

Müəllimlər MİQ və sertifikasiya imtahanlarına necə hazırlaşmalıdırlar?

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

7 İyun 2024, 09:35
Müəllimlər MİQ və sertifikasiya imtahanlarına necə hazırlaşmalıdırlar?

Müəllimlərin İşə Qəbulu, eləcə də sertifikasiya imtahanları yaxınlaşır. İmtahanın gərginliyini də məhz namizədlər yaşayır. Bəziləri “kəsilmək” qorxusundan, hətta iştahdan da kəsilirlər. 

 

Bəs, bu vəziyyətdə müəllimlər psixoloji cəhətdən necə  hazırlamalıdırlar?

 

Mövzu ilə əlaqədar Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Kamil Həmidov AzEdu.az-a danışıb.

 

Psixoloq bildirib ki, imtahanlar, müəllimlərin karyera inkişafında mühüm rol oynasa da, onların psixoloji vəziyyətinə də ciddi təsir göstərir. 

 

“Sertifikasiya və MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanları, Azərbaycanda müəllimlərin peşəkar bacarıqlarını və ixtisaslarını təsdiqləmək üçün keçirilən vacib proseslərdir. Sertifikasiya və MİQ imtahanlarına hazırlaşan müəllimlərin psixoloji gərginliyinin bir neçə əsas səbəbi vardır. Əvvəla müəllimlər, həm özlərindən, həm də ətrafdakı insanlardan yüksək gözləntilərlə qarşılaşırlar. Bu, onlarda təzyiq və stres yaradır.

 

Bundan əlavə imtahandan keçməmək qorxusu, müəllimlərin psixoloji gərginliyini artırır. Bu, onların karyera perspektivlərinə də təsir edə bilər. Həm işləyib, həm də imtahana hazırlaşmaq müəllimlərin vaxtını idarə etməyi çətinləşdirir, bu isə əlavə stresə səbəb olur. Digər müəllimlərlə rəqabət, onların özlərini daha çox təzyiq altında hiss etmələrinə səbəb olur”

 

Müəllimlərin bu gərginliklə davamlı qarşılaşması müxtəlifmənfi nəticələrə səbəb ola bilər -, deyə müsahibimiz vurğulayıb:

 

“Uzun müddətli stres və gərginlik, fiziki sağlamlıq problemlərinə, məsələn, baş ağrıları, yuxu pozğunluqları və həzm problemlərinə yol aça bilər. Müəllimlər, özlərini emosional olaraq tükənmiş və motivasiyasız hiss edə bilər, gərginlik və stres, onların dərs keçmə keyfiyyətinə və şagirdlərlə olan münasibətlərinə də mənfi təsir edə bilər.

 

Müəllimlər bəs bu psixoloji gərginliklə mübarizə aparmaq üçün nə edə bilərlər?! Vaxtlarını daha yaxşı idarə etmək üçün planlaşdırma və prioritetləşdirmə metodlarından istifadə edə bilərlər. Bu, həm iş, həm də imtahana hazırlaşma arasında balans yaratmağa kömək edəcək. Həmkarları və dostları ilətəcrübələrini və hisslərini paylaşaraq, dəstək ala bilərlər. Bu, isə onların təzyiqi azaltmasına kömək edəcək.

 

Fiziki və psixoloji sağlamlıqlarına diqqət yetirməli, müntəzəm idman etməlivə düzgün qidalanmalıdırlar. Sağlam yaşam tərzi, stresinazalmasına kömək edəcək. Zəruri hallarda, psixoloqlardan və məsləhətçilərdən yardım almaq faydalı ola bilər. Psixoloji dəstək, müəllimlərin streslə daha yaxşı mübarizə aparmasına kömək edəcək.

 

Sertifikasiya və MİQ imtahanlarına hazırlaşan müəllimlərin psixoloji gərginliyi, onların peşəkar və şəxsi həyatlarına cidditəsir göstərə bilər. Lakin, müəllimlər, effektiv vaxt idarəetmə, dəstək sistemləri və sağlam yaşam tərzi ilə bu gərginliklə dahayaxşı mübarizə apara bilərlər. Psixoloji sağlamlığın qorunması, onların həm peşəkar, həm də şəxsi həyatlarında uğur qazanmasına kömək edəcək”. 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox