Azedu.az

Ötən il 30 müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyib

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

6 İyun 2024, 11:06
Ötən il 30 müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyib

Sertifikasiya müsabiqəsində ötən il 30 müəllim müsahibə mərhələsindən keçə bilməyib.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 

O bildirib ki, müsahibə mərhələsindən keçə bilməyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir. Agentlik direktoru adətən gənc namizədlərin müsabiqədə uğurlu nəticə göstərdiyini qeyd edib:

 

"Burada aydın görünən problem öyrətmə metodu ilə bağlıdır".

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox