Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun və oktyabr aylarında “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçiriləcək.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Layihə çərçivəsində 11–12 iyun tarixlərində Şəki və Lənkəran şəhərlərindən 2 500-ə yaxın məktəbli Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” tamaşalarını izləyəcək.
Bununla yanaşı, layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.