Dövlət İmtahan Mərkəzi (DİM) iyunda növbəti imtahanlar keçirəcək.
AzEdu.az iyun ayında keçiriləcək imtahan tarixləri barədə məlumatı təqdim edir.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlərin test imtahanına qeydiyyat 8 iyunda yekunlaşır.
9 iyunda keçiləcək imtahanlar:
-I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün informatika və coğrafiya fənləri üzrə əlavə imtahan;
-Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı;
-Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı;
-Hakim vəzifəsinə qəbul olmaq istəyənlər üçün test imtahanı;
-Gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı keçiriləcək.
10 iyunda keçiriləcək imtahanlar:
-Doktorantura və dissertantura üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı;
-GRE imtahanı keçiriləcək.
Cari və əvvəlki illərin məzunları üçün II Azərbaycan dili imtahanına (dövlət dili kimi) qeydiyyat 5 – 10 iyunda olacaq.
Xarici dil imtahanı (doktorantura, danışıq bloku) 11 - 15 iyunda olacaq.
12 iyunda TOEFL imtahanı keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı 17 iyunda yekunlaşır.
İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanına (B növü) qeydiyyat 18 iyunda yekunlaşır.
23 iyunda keçiriləcək imtahanlar:
-Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd);
-Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı;
25 iyunda GRE imtahanı keçiriləcək.
29 iyunda keçiləcək imtahanlar:
-TOEFL imtahanı;
-TKT (kağız-əsaslı);
30 iyunda keçiriləcək imtahanlar:
-Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 2-ci cəhd;
-Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı;
-Cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı (dövlət dili kimi) – II cəhd imtahanı keçiriləcək.