Azedu.az

Ali məktəblərə qəbul yerləri artırılıb - Məleykə Abbaszadə

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

30 May 2024, 13:14
Ali məktəblərə qəbul yerləri artırılıb - Məleykə Abbaszadə

Builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, bunu AzərTac-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O bildirib ki, yaxın zamanda qəbul planı ilə bağlı ictimaiyyətə məlumat veriləcək:

 

“Hazırda bu istiqamətdə işlər davam edir. Magistratura üzrə müqayisəli təhlil aparılır. Magistratura üzrə qəbul planı artıb. Kolleclər və ali məktəblər üzrə qəbul planı ilə bağlı isə gələn həftə ərzində məlumat veriləcək”.

 

DİM sədri həmçinin bildirib ki, ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var.

 

O bildirib ki, kollec, ali məktəblər üzrə ümumi qəbul planı yerlərinin sayında artım var:

 

“Yeni universitetlər açılıb, yeni ixtisaslar var. Bununla əlaqədar tam təhlillər aparıldıqdan sonra növbəti həftə ictimaiyyətə məlumat veriləcək”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox