Azedu.az

MİQ imtahanları: Ən çox hansı fənn müəllimlərinə ehtiyac var?

30 May 2024, 09:16
MİQ imtahanları: Ən çox hansı fənn müəllimlərinə ehtiyac var?

Hər il müəllimlərin işə qəbulu üzrə imtahan həyata keçirilir.

 

Maraqlıdır, ən çox hansı fənn müəlliminə ehtiyac var? Bunu səbəbini nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil ekspert Elşən Qafarov bildirib ki, ucqar yerlərdə bir sıra fənn müəllimləri çatışmazlığı var:

 

“Hər il orta hesabla 8000-10 000 vakansiya çıxarılır və ümumilikdə bir yerə 5-6 nəfər düşür. Çünki  MİQ-ə 50 000-60 000 arası sənəd verilir. Müəllimlərin işə qəbulu qaydalarında göstərilir ki, 1 fənn üzrə 18 saat dərs yükü olduqda, əlavə olaraq müəllimlər 18 saatla təmin olunduqdan sonra vakansiya olur.

 

İstisna hallar da var. Məsələn, məktəbdə musiqi, təsviri incəsənət, texnologiya, kimya, fizika, biologiya, coğrafiya kimi fənlər üzrə dərs saatlarının sayı heç 18 saat belə etmir. Ona görə də ümumilikdə müəllim çatışmazlığının olduğunu deyə bilmirik.

 

Çünki sistemdə bununla bağlı məlumatlar yerləşdirilmir. Ucqar yerlərdə xarici dil, kimya, fizika, biologiya, coğrafiya müəllimləri çatızmazlığı var. Şəhər yerlərində isə məsələ fərqlidir”.

 

Ekspert bəzi fənn müəllimlərinin dərs saatlarının az olduğunu söyləyib:

 

“Bakıda 500 min şagird, 30 minə yaxın müəllim var. Orta hesabla hər 5 şagirdə bir müəllim düşür. Ucqar bölgələrdə bu rəqəm dəyişir, yəni müəllim sayı az olanlar var.  Ən yüksək göstəric hər 16 şagirdə bir müəllim düşməsidir. Bu da ucqar bölgələrdə belədir. Şəhər yerlərində isə 5-8 şagirdə 1 müəllim (ayrı-ayrı fənlərlə üzrə) düşür.

 

Bu gün mühəndislik, texnoloji sahələrə üstünlük daha çox verilir. Həmin üstünlükdə əsasən fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya və s. kimi sahələrdə öz əksini tapır. Bizdə də həmin fənn müəllimlərinin dərs saatı çox azdır. Nəticə etibarı ilə dərs saatı az olur və məcbur olub onlar şəhərlərə köçürlər ki, repetitorluq etsinlər. Çünki kəndlərdə repetitorlar daha az məbləğ alırlar. Ona görədə burada balans pozulur”, - deyə ekspert qeyd edib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox