Azedu.az

Zaqatalada qətlə yetirilən qadın müəllim imiş

Məktəblər

28 May 2024, 22:20
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş

Xəbər verdiyimiz kimi mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızı odlu silahdan açılan atəşdən qətlə yetirilib və cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

 

AzEdu.az xəbər verir ki, N. Əhmədova rayonun Yuxarı Tala kənd 2 nömrəli məktəbində müəllim kimi işləyib.

 

Hadisə ilə bağlı həmin məktəbin sosial şəbəkə hesabında paylaşım edilib:

 

“Təhsil verdiyi məktəbdə həm müəllim kollektivinin, həm də dərs dediyi şagirdlərinin sevgisini, hörmətini qazanmışdır Nətavan müəllimə. O, öz xarakteri, sakit təbiəti, rəftarı, səmimiyyəti ilə neçə müəllimin, şagirdin qəlbini fəth etmişdir. 2 övlad anası Nətavan müəllimə mehriban simasıyla övladları üçün həm ana, həm də dost olmuşdur”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox