Azedu.az

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib  

12 May 2024, 15:40
Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib  

Dövlət İmtahan Mərkəzi mayın 12-də Naxçıvanda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirib.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanlar Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbdə və Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında təşkil olunub. Azərbaycan dili imtahanında 86 şagird və abituriyent, dövlət qulluğunun A və B növləri üzrə keçirilən imtahanda isə 34 dövlət qulluqçusu iştirak edib. İmtahanlara, ümumilikdə 2 imtahan rəhbəri, 10 nəzarətçi cəlb edilib.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox