Azedu.az

Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

11 May 2024, 14:04
Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb

Azərbaycan evlərində, həmçinin evlərin olmadığı ölkələrdə azərbaycanlılar və xaricilər üçün həftəsonu məktəbləri təşkil olunub. Berlindəki məktəb və kurslarda ümumilikdə 40, Barselonadakı həftəsonu məktəbində 20, Praqadakı "Buta" həftəsonu məktəbində 20, Varşavadakı Azərbaycan Evindəki həftəsonu məktəbində 8, Helsinkidəki Azərbaycan Evinin nəzdindəki həftəsonu məktəbində 10 azərbaycanlı uşaq təhsil alır. Məktəblərdə həm ana dili öyrədilir, həm də rəqs-musiqi dərslərinə, şahmat və digər oyunlara geniş yer verilir. Diasporla İş üzrə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə həftəsonu məktəbləri üçün xüsusi dərslik çap etdirib və dərslik hər bir məktəbə pulsuz verilib.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbət verir ki, Bu barədə cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, xaricdəki Azərbaycan evləri, sadəcə, sosial-mədəni məkan deyil, həm də gələcəyin beyin mərkəzləridir. Azərbaycan evləri icmalarımızın təşkilatlanmasına, birləşməsinə töhfələr verir, real birlik imkanlarını artırır, fövqəladə vəziyyətlərdə soydaşlarımızın evinə çevrilir.

 

Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynadan çıxan azərbaycanlıların müəyyən bir qismi Avropadakı Azərbaycan evlərində yerləşdirilmişdi. Türkiyə, Ukrayna, Almaniya, İspaniya, Macarıstan, Gürcüstan, Polşa, Yunanıstan, Avstriya, Misir, Finlandiya, Estoniya, Belçika və digər ölkələrdə Azərbaycan evləri açılıb. Həmin evlərdə müxtəlif xarakterli toplantılar, yerli sakinlərlə görüşlər keçirilir, filmlər nümayiş olunur, sərgilər təşkil edilir.

Zelenskidən açıqlama - İstefa verməyə hazıram!
Son xəbərlərDaha çox