Azedu.az

Məktəbin ərazisində 30 mərmi aşkarlandı

4 May 2024, 09:00
Məktəbin ərazisində 30 mərmi aşkarlandı

 

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda məktəb ərazisində 30 mərmi tapılıb.

 

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İmam Hatip liseyi binasının tikinti meydançasında baş verib.

 

Belə ki, tikinti zamanı fəhlələr 30 mərmi aşkar edib.

 

İstanbul Valiliyi tapılan korroziyaya uğramış minaatan mərmilərin məhv edilmək üçün müvafiq orqanlara təhvil veriləcəyini açıqlayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox