Gürcüstanda yeniyetmələrin olduğu avtomobil çaya düşüb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.
“Yetkinlik yaşına çatmayanların axtarış-xilasetmə əməliyyatı səhər tezdən başlayıb. Axtarışlara Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri cəlb olunub, çox sayda yerli əhali də iştirak edir”, - deyə qurumun nümayəndəsi Nino Vibliani bildirib.