Azedu.az

Şagirdlər olimpiadada 1 gümüş və 2 bürünc medal qazanıblar

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

2 May 2024, 19:22
Şagirdlər olimpiadada 1 gümüş və 2 bürünc medal qazanıblar

Balkan Riyaziyyat Olimpiadasında məktəblilər 1 gümüş və 2 bürünc medal qazanıblar.

 

AzEdu.az xəbər verir ki, 27 aprel – 2 may 2024-cü il tarixlərində Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal və 2 həvəsləndirici mükafat qazanıb.

 

Belə ki, Bakı şəhəri, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov gümüş medal, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli bürünc medal qazanıblar.

 

 

Həmçinin, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Telman Məmmədov və Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

 

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medal qazanıblar.

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox